SU STATUSU

Dövlət ərazisində yerləşən sular onun xüsusi mülkiyyəti hesab edilir. Dövlətin mülkiyyətini pozan istənilən hərəkətlər qadağan edilir.
SU SƏVİYYƏSİ
SU TƏCHİZATI
OBASTAN VİKİ
Mühafizə statusu
Mühafizə statusu — bioloji növlərin hazırda və yaxın gələcəkdə qorunması göstəricisidir. Mühafizə statusunun qiymətləndirilməsi zamanı bir çox faktorlar, — yaşayan fərdlərin sayı, müəyyən vaxt ərzində onların sayının çoxalma və azalması, seleksiya nailiyyətləri, məlum olan təhlükələr və s. nəzərə alınır.
Roma Statusu
Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsi (ing. Rome Statute of the International Criminal Court) — 15 iyun 1998 – 17 iyul 1998 tarixləri arasında Birləşmiş Millətlər Təşkilatı Konfransının, İtaliyanın paytaxtı Romada qəbul etdiyi Beynəlxalq Cinayət Məhkəməsinin Qurulması haqqında statusdur. Beynəlxalq müqavilələrə tez-tez status deyilir və bu sənəd gündəlik istifadədə Roma Əsasnaməsi adlanır. Sazişin qəbuluna 160 səs verilmişdi; 120 lehinə, 21 bitərəf, 7 əleyhinə olmaqla səs çoxluğu ilə qəbul edilmişdir. 2016-cı ilin mart ayından etibarən 139 dövlət müqaviləni imzaladı, lakin 124 dövlət bu müqaviləni təsdiqlədi. Rusiya əsasnaməni 13 sentyabr 2000-ci ildə imzalamışdı, lakin 2016-cı ilə qədər təsdiqləməmişdir. 16 noyabr 2016-cı ildə prezident Vladimir Putin, Rusiyanın Roma Statutunda iştirakdan imtina edən sərəncam imzaladı. Dmitri Peskov, BCM-nin yurisdiksiyasından çıxmağın "dəqiq milli maraqlar" tərəfindən əmr olunduğunu və "Krımın işğalı" barədə məhkəmə prokurorluğunun bir gün əvvəl yayımladığı hesabatla "heç bir şəkildə əlaqəli olmadığını" söylədi. Roma Statutunun təsir dairəsi dörd əsas beynəlxalq cinayətlə formalaşır: soyqırım, insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və təcavüz cinayətləri. Bu cinayətlərə heç bir məhdudiyyət tətbiq olunmur.
Azərbaycan dilinin statusu
Azərbaycan dili Azərbaycan Respublikasının və Rusiyanın Dağıstan Respublikasının dövlət dilidir, həmçinin sovet dövründən bəri Gürcüstanda azərbaycanlıların təhsil dili olaraq istifadə edilir. Siyahıda dövlətlər və etnik qruplar ayrı şəkildə verilmişdir.
.su
Keçmiş Sovetlər İttifaqının İnternet kodu
Su
Su – kimyəvi formulu H2O olan, şəffaf, rəngsizə yaxın, dadsız və iysiz kimyəvi maddə. Su Yer kürəsinin axarsu, göl, dəniz və okeanlarını, eləcə də canlılardaki mayelərin əsas hissəsini əmələ gətirir. Bir molekulu kovalent bağlarla qoşulmuş oksigen və iki hidrogen atomlarından ibarətdir. Kütləcə 11,19% hidrogen və 88,81% oksigendən ibarətdir. Su sözü maddənin standart şərtlərdə maye olan halını ifadə edir, lakin qatı yəni buz və qaz, yəni buxar halı üçün də istifadə olunur. Təbiətdə eyni zamanda qar, buzlaq, aysberq, bulud, çən, şeh və atmosfer nəmi şəklində mövcuddur. Təbiətdə suyun 2 növü vardır: adi və ağır su. Ağır suyun tərkibində hidrogenin yerinə izotop deyterium olur. Təbiətdə 1/100 nisbətdə ağır su mövcuddur. Adətən atom reaktorlarında ağır sudan neytron yavaşladıcı kimi istifadə edilir.
Azərbaycan Dövlətinin Konstitusiya statusu
Azərbaycan Dövlətinin Konstitusiya statusu — Konstitusiya quruluşunun əsasları Azərbaycan Respublikasının Konstitusiyasının I bölməsində təsbit olunmuşdu. Konstitusiya quruluşunun əsasları ayrı−ayrı dövlətlərin konstitusiyalarında müxtəlif adlar altında verilmişdir.Məsələn,İtaliya və Almaniya Federativ Respublikasının Konstitusiyasında "Əsas Prinsiplər",Fransa Respublikası Konstitusiyasında "Suverenlik haqqında",Türkiyə Respubliksının Konstitusiyasında "Ümumui Əsaslar"və s. Azərbaycan Respublikasının Konstitusiyasında isə cəmiyyətin və dövlətin fundamental əsasları,həyata keçirilməsi ölkəmizdə konstitusin dövlətin bərqərar olunmasına yönələn başlıca prinsiplər isə "Ümumi müddəalar"adı altında təsbit olunmuşdur.Bu bölmədə öz əksini tapan norma—prinsiplər,məqsəd normaları,vəzifə—normaları hesab olunur. Bu bölmədə öz əksini tapan normalar norma—prinsiplər,məqsəd normaları,vəzifə—normaları hesab olunur. Xalq hakimiyyəti Xalq suverenliyi İnsan və vətəndaşların hüquq və azadlıqlarının üstünlüyü Azərbaycan dövlətinin forma və mahiyyəti Hakimiyyət bölgüsü Sosial və iqtisadi əsaslar Dövlət hakimiyyətinin əsasları Yerli özünüidarəetmenin tanınması və təmin olunması,onun müstəqilliyi və dövlət hakimiyyətindən ayrılması Konstitusiya quruluşu dar və geniş mənada anlaşılır.Dar mənada Konstitusiya quruluşu—Konstitusiyada təsbit olunan və mövcud qanunvericilikdə inkişaf etdirilən dövlətin təşkili üsullarıdır. Geniş mənada konstitusiya quruluşu—ali hakimiyyət və idarəetmə orqanlarının təşkili;dövlət quruluşu və insan;vətəndaş cəmiyyəti və dövlət arasındakı hüquqi əlaqələrlə bağlı meydana çıxan,başlıca olaraq Konstitusiya normaları ilə nizama salınan iqtisadi, sosial, siyasi, hüquqi, ideoloji münasibətlərin məcmusudur. Dövlətin hüquqi tabeçiliyini təmin edən və onu konstitusion dövlət kimi xarakterizə edən başlıca prinsiplərin məcmusudur.Bu prinsiplər bütövlükdə konstitusiya hüquq sisteminin ideya və hüquqi bazasını təşkil edir.Konstitusion dövlət ilk dəfə İngiltərədə meydana gəlmiş və konstitusion təsisatlar XVIII əsrin sonlarından başlayaraq Qərbi Avropa və Amerikaya,sonra isə Şərqi Avropaya və bir sıra Asiya ölkələrinə yayılmışdır. Ölkəmizdə konstitusion dövlət quruculuğu istiqamətində yeni addım 1991-ci il 18 oktyabr tarixli "Dövlət Müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbulundan sonra atılmış oldu. Artıq bu Aktda Konstitusiya quruluşunun mühüm prinsipləri öz təsbitini tapmış oldu. Məsələn, "Azərbaycan Respublikasında suveren hakimiyyət Azərbaycan xalqına məxsusdur" (10-cu maddənin I hissəsi); "Azərbaycan xalqı müstəqil, dünyəvi, demokratik, unitar dövlət yaradır" (12 maddənin I hissəsi); "Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətin bölunməsi prinsipinə əsaslanır" (12-ci maddənin II hissə-si) və s.
Xəzər dənizinin hüquqi statusu
Xəzərin hüquqi statusu — Xəzər dənizi dünyanın ən böyük qapalı su hövzəsi hesab olunur. Xəzər dənizinin strateji önəmini artıran amillər onun zəngin karbohidrogen ehtiyatlarına malik olmasıdır. Uzun illərdir 5 Xəzəryanı dövlət - Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran və Rusiya dənizin hüquqi statusunu müəyyən edə bilmirlər. Əsas mübahisə dənizin milli sektorlara bölünmə prinsipinin razılaşdırılmamasıdır. Keçmişdə Xəzər dənizi SSRİ və İranın daxili su hövzəsi hesab olunurdu. Beynəlxalq hüquq doktrinası da SSRİ - İran razılaşmasını qəbul edirdi. Bu müqavilələr 1921-ci il fevralın 26-da və 1940-cı il martın 25-də imzalanan "SSRİ və İran arasında ticarət və dənizçilik haqda müqavilə" hesab olunur. Bu gün Xəzərin yekun statusu hələ müəyyən olunmadığı üçün 1921 və 1940-cı illər müqavilələri hələ də qüvvəsini itirməyib. 1991-ci ildə Sovet İttifaqının dağılması və sahil dövlətlərinin sayının 2-dən 5-ə qədər artması ilə Xəzərin hüquq statusu məsələsi yeni mərhələyə qədəm qoydu. 2018-ci il 12 avqust tarixində Qazaxıstan Respublikasının Aktau şəhərində dəniz sahili dövlətlərinin ölkə başçılarının növbəti zirvə görüşündə Xəzərin hüquqi statusu məsələsi həll edildi.
İnsanın konstitusiya-hüquqi statusu
İnsanın konstitusiya-hüquqi statusu — konstitusiya ilə təmin edilmiş hüquq və azadlıqların, habelə müəyyən edilmiş öhdəliklərin məcmusu. Müasir demokratik ölkələrdə bir şəxsin konstitusiya vəziyyətinin əsas prinsipləri bunlardır: insan hüquq və azadlıqlarının toxunulmazlığı, insan hüquq və azadlıqlarının həyata keçirilməsində azadlığı, təmin edilmiş hüquq və azadlıqları, bərabərlik, birlik və insan hüquqları, azadlıq və vəzifələrin qarşılıqlı əlaqəsi. А. Я. Сухарев, В. Е. Крутских, А.Я. Сухарева. Конституционно-правовой статус человека // Большой юридический словарь. — Инфра-М. М. 2003.
Dalğa (su)
Dəniz dalğası — suyun səthi üzərindən əsən külək tərəfindən meydana gəlir. Bəzi bölgələrdə buna ləpə yaxud şəpə deyilir. Dalğanın əmələ gəlmə səbəbləri müxtəlifdir: zəlzələ, sualtı vulkan püskürməsi, atmosfer təzyiqinin ciddi dəyişməsi və küləklər. Küləyin sürəti 1 m/s-dən az olduqda sakit səthdə zəif dalğa və ya kapilyar dalğa yaranır. Küləyin sürəti artıqca daha iri və nəzərə çarpacaq qravitasiya dalğası əmələ gəlir. Küləyin sürəti 7–8 m/s-yə çatdıqdan sonra isə dalğanın zirvəsində köpüklü dalğa formalaşır. Güclü külək əsməsi nəticəsində davamlı güclü dalğaların yaranması baş verir. Köpüklü dalğanın əmələ gəlməsində duzluluğun rolu çoxdur. Duzlu suda hava qabarcıqları uzun müddət qalır. Külək enerjisi suya bir tərəfdən küləkdöyən dalğa yalına basqı(normal təzyiq),digər tərəfdən su ilə sürtünmə(tangensial təzyiq)vastəsilə verilir.
Evtrof su
Evtrof su — qida maddələri ilə zəngin olan su. R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Hiqroskopik su
Mineral su
Mineral su — aktiv kimyəvi komponentlərlə və qazlarla zəngin olan təbii sudur. Su canlı aləmin fəaliyyətində böyük rol oynayır ki, canlı varlıq susuz yaşaya bilməz. Hər bir insan gündəlik tələbini ödəmək üçün 2 litrdən artıq su qəbul etməlidir. Bu qədər normanı insanlar müxtəlif içkilərlə məsələn, su, çay, qəhvə, şirələr, təbii və mineral sular və s. ilə ödəyirlər. Bir qayda olaraq mineral su dedikdə əlavə hazırlıqsız içmək üçün yararlı olan və bioloji aktivliyə malik su qəbul olunur, lakin hamı tərəfindən qəbul olunan beynəlxalq təsnifata görə tərkibində duzların qatılığı 1q/l-dən böyük olan suyu mineral hesab edirlər. Duzun qatılıöı 1q/l-dən az olan su süfrə suyu adlanır. Yerin təkindən gələn yeraltı sular təbii bulaqlar vasitəsilə yer üzərinə çıxır və bu sulara mineral sular deyilir. Bu suların tərkibində yüksək miqdarda qazlar, kimyəvi elementlər və onların birləşmələri olur və öz radioaktivliyi ilə seçilir. Bir çox mineral sular müalicə məqsədi ilə istifadə edilirsə, bəziləri süfrə suları kimi tətbiq edilir.
Normal su
Qara Su
Qara Su — Xəzər dənizində, Bakı arxipelaqında Azərbaycana məxsus ada. Məskunlaşma yoxdur. Qara su vulkan-tektonik məşəllidir. Adanın uzunluğu 900 m, eni isə 600 metr təşkil edir. Sahildən 8 km aralıdır. Bakı arxipelaqında ən iri vulkan məşəlli adadır. Qarasu adası palçıq vulkanında XIX əsrin ikinci yarısında 1876-cı cı ilin fevral, mart aylarında iki püskürmə baş verir. Bu, vulkanın insanların hafizəsində qalan ilk püüskürmə olur. 1977-ci ildə aprel ayında ən intensiv və uzun müddətli (2 gün) püskürmə olub. Ada qaz, su, neft pərdəcikli lilli su verən coxlu sayda qrifon və salzalar vardır.
Qazlı su
Qazlı su — mineral sərinləşdirici içki və ya karbon qazı ilə doymuş adi su. QOST 28188-2014 uyğun olaraq karbon dioksid ilə doyma baxımından üç növ karbonlu su var: karbon dioksid səviyyəsində 0,2% -dən 0,3% -ə qədər az qazlı; orta qazlı — 0,3-0,4 %; çox qazlı — 0,4 %-dən çox. Təbii qazlı su qədim dövrlərdən bəri tanınır və dərman vasitələri kimi istifadə olunur. Hippokrat öz əsərinin bir bütöv fəslini suya həsr etmiş və suyu xəstənin yalnız içməsi üçün deyil, onun içində üzməsi üçün də olduğunu söyləmişdir. XVIII əsrdə mənbələrdən alınan mineral su butulkalarda dünyaya yayılmağa başlanmışdır. Ancaq çox bahalı idi və tez xarab olurdu. Buna görə də sonradan suyun süni şəkildə qazlaşdırmasına cəhdlər edilmişdir. Qazlı suyu ilk dəfə 1767-ci ildə ingilis kimyaçısı Cozef Pristli yaratmışdır. Dr.
Su-17
Sukhoi Su-17 (NATO kod adı: Fitter) Sovet hücum təyyarəsi Su-7 qırıcı-bombardman təyyarəsinə əsasən yaradılıb və onun modern versiyası olaraq istehsal edilib. Uzun müddət Sovet, daha sonra Rusiya ordusunda xidmətdə olub və xeyli sayda Şərq bloku və Yaxın Şərq ölkələrinə ixrac edilib.
Su-24
Suxoy Su-24 (NATO kod adı: Fencer) — 1970 və 1980-ci illərdə Sovetlər Birliyinin hər cür hava şəraitində istifadə edilə bilən ən inkişaf etmiş havadan hücum təyyarəsi. İki kreslolu, iki motorlu təyyarə Rusiyanın ilk inteqrasiya edilmiş rəqəmsal naviqasiya/hücum sistemi ilə təchiz edilmiş təyyarəsidir. Su-24-ün konfiqurasiyasında F-111 ilə oxşarlıqlar var. Keçmiş Sovet respublikaları hava qüvvələri və eləcə də başqa bir neçə ölkədə hazırda istifadə edilir. 1961-ci ildə Suxoy Su-7b nin xidmətə daxil olma səbəbi Suxoyun hər bir hava şəraitində nöqtə hava hücumlarını dəstəkləyəcək bir model inkişaf etdirmək ehtiyacından yaranmışdı. S-28 və S-32 üzərində aparılan ilkin araşdırmalar Suxoy Su-7 dizaynının bu vəzifə üçün lazımlı bütün avionik sistemləri daşımaq üçün çox aşağı olduğunu ortaya qoydu. OKB-794 konstruktor bürosuna yeni təyyarənin əsasını təşkil edən Puma kod adlı inkişaf etmiş bir naviqasiya/hücum sistemi yaratmaq tapşırıldı. 1962 və 1963-cü ildə Suxoy 2 ədəd Tumansky R-21 F-300 turboreaktiv mühərrikiylə təchiz edilmiş, 2 pilotlu bir S-6 prototipini istehsal etdi. Prototip araşdırıldı ancaq Puma avadanlığının inkişaf etdirilməsi istiqamətində əskikliklərdən ötəri hər hansı bir sifariş verilmədi. 1964-ci ildə Suxoy S-58 M üzərində işə başladı.
Su-27
Su-27 (rus. Су-27) (NATO kod adı: Flanker – Flanqa zərbə) — SSRİ/Rusiya tərəfindən istehsal olunan dördüncü nəsil taktiki-qırıcı təyyarə. Təyyarə istənilən hava şəraitində fəaliyyət göstərmək və havada hərbi üstünlük əldə etmək üçün yaradılmışdır. Müxtəlif modifikasiyalar şəklində Rusiya Hərbi Hava Qüvvələri də daxil olmaqla Müstəqil Dövlətlər Birliyi ölkələri, Hindistan, Çin və digər ölkələrin hərbi hava qüvvələrinin istismarındadır. Çində lisenziya əsasında "Shenyang J-11" adı ilə istehsal edilir. Ağır qırıcı təyyarələrə aid edilir. Əsas rəqibi və oxşarı ABŞ istehsalı olan F-15 hesab edilir. MiQ-29 ilə birlikdə cütlük yaradaraq ABŞ-nin F-15 və F-16 hərbi təyyarə cütlüyünə qarşı mübarizə aparmaq üçün yaradılmışdır. Yüksək manevrliliyi yüngül qırıcılarla mübarizə aparmağa, çoxməqsədli qırıcı kimi istifadə edilməsinə imkan verir. Təyyarədaşıyıcılar üçün olan variantı Su-33 adlanır.
Su-30
Sukhoi Su-30 (rus. Сухой Су-30; NATO kod adı: Flanker-C) — 2 mühərrikli, iki yerlik supermanevrli qırıcı təyyarə. İstənilən hava şəraitində, hava-hava və hava-yer və yerüstü dəstək missiyalarını həyata keçirmək üçün nəzərdə tutulmuşdur. S-30 proyekti Sukhoi kompaniyasının öz daxilində Su-27-ni yeniləmək planının nəticəsidir. Yaranan yeni təyyarəyə Su-30 adı rəsmi olaraq 1996-cı ildə Müdafiə Nazirliyi tərəfindən təyin olundu. Flanker (Su-27) ailəsinə aid olan təyyarələrdən yalnız Su-27, Su-30, Su-34 və Su-35 təyyarələrinin Müdafiə Nazirliyi tərəfindən seriyalı istehsalına sifariş verilmişdir. Digər təyyarələr yalnız, məsələn Su-37 prototip mərhələsini keçməyiblər. Adlandırmada fərq olsa Su-30 digər "Flankerlər" kimi öz baza təyyarələrinə — Su-27 təyyarəsinə struktur cəhətdən demək olar ki identikdirlər, yəni oxşardırlar. Su-30 iki rəqib kompaniya tərəfindən müxtəlif brendlərdə istehsal edilir, lakin hər iki kompaniya – KnAAPO və Irkut, Suhkoi şirkətinə aiddir. KnAAPO Çin, İndoneziya, Uqanda, Venesuela və Vyetnama satılan Su-30MKK, Su-30MK2 versiyalarını istehsal edir.
Su-33
Suxoy Su-33 (rus. Сухой Су-33; NATO kod adı: Flanker-D) — Rusiyanın Suxoy şirkəti tərəfindən dizayn olunmuş istənilən hava şəraitində əməliyyat uçuşu həyata keçirmək qabiliyyəti olan iki mühərrikli, çoxməqsədli qırıcı. Hərbi dəniz qüvvələri üçün nəzərdə tutulmuş bu döyüş təyyarəsi Su-27K olaraq da tanınır. Təyyarə öz baza modeli olan Su-27 ilə müqayisədə tamamilə dəniz əməliyyatları üçün dizayn olunub. Qanadları Su-27-ə nisbətən daha genişdir. Su-33 inkişaf etdirilmiş mühərrikə və havada yanacaqdoldurma imkanına sahibdir. İlk dəfə 1995-ci ildə Admiral Kuznetsov adlı aviadaşıyıcının üzərində istifadə edilsə də, bu döyüş təyyarəsinin rəsmi olaraq xidmətə daxil olma tarixi 31 avqust 1998-ci ilə təsadüf edir. Sovet İttifaqının dağılmasının ardınca Rusiya Hərbi Dəniz Qüvvələrində də ixtisarların baş tutması nəticəsində cəmi 26 qırıcı istehsal olunmuşdur. Çin və Hindistana satış cəhdləri də uğursuzluqla nəticələnmişdir. 2009-cu ildə Su-33 döyüş təyyarələrinin xidmət müddətini başa çatdırmasının ardınca onları əvəzləmək məqsədilə Rusiya HDQ üçün MiQ-29K qırıcıları sifariş olunmuşdur.
Su-34
Suxoy Su-34 (NATO kod adı: Super Flanker) — döyüş təyyarələri taktiki bombardman üçün müasirləşdirilmiş Su-27 modelinin iki nəfərlik versiyası. İki pilotun yan-yana oturduğu və eyni vəzifəni yerinə yetirə biləcək xüsusi bir dizayna sahibdir. İlk uçuşu 1993-cü ildə reallaşdırılıb və 1997-ci ildən etibarən istifadə edilməyə başlanılıb. Su -34 döyüş təyyarələri Sibir bölgəsində fəaliyyət göstərən Suxoy Holding-ə aid Novosibirsk şirkəti tərəfindən istehsal edilir. Rusiya Hava Qüvvələri şirkətlə bağladığı müqavilədə 2020-ci ilə qədər 124 ədəd Su-34 təyyarəsinin alınacağını açıqlayıb. Rusiyanın əlində 2015-ci il məlumatına görə 80-dan çox Su-34 var. Onlardan 15-i Suriyadadır. Su-34 havadan atılan “AA-12” raketləri təchiz edilib. 2014-cü ilin ilin mart ayında alınan 4++ nəsil təyyarələr köhnə Suxoy Su-24 Fencer-in yerini alacaq. Yaşanan bəzi qeyri-müəyyənliklər layihəsinin başlamasını geciktirdi.
Su-35
Suxoy Su-35 (rus. Сухой Су-35, NATO kod adı: Flanker-E) — Su-27 qırıcısının iki dəfə təkmilləşdirilmiş törəmə forması. Bir oturacağı və supermanevretmə qabiliyyəti var. Suxoy Dizayn Bürosu tərəfindən dizayn olunmuşdur. Komsomolsk-on-Amur Təyyarə Zavodunda istehsal olunmuşdur. İlk variant 1980-ci illərdə Su-27-də bir inkişaf kimi tərtib edilmiş və Su-27M kimi tanınmışdır. Bu törəmə, daha böyük ağırlığın öhdəsindən gəlmək üçün struktur gücləndirməsini və çox funksiyalı radarı əhatə edir. İlk prototip 1988-ci ilin iyun ayında ilk uçuşunu etdi. Sovet İttifaqının dağılması səbəbindən təyyarə kütləvi şəkildə istehsal olunmadığı üçün, Suxoy təyyarəsi ixrac sifarişlərini cəlb etmək üçün Su-35 olaraq yenidən təyin edildi. İstehsal edilən on dörd təyyarə sınaq və nümayiş üçün istifadə edildi.
Su (dəqiqləşdirmə)
Su — maye Su tayfası — Su (film, 2003) — film. .su — Keçmiş Sovetlər İttifaqının İnternet kodu.
Su (maye)
Su – kimyəvi formulu H2O olan, şəffaf, rəngsizə yaxın, dadsız və iysiz kimyəvi maddə. Su Yer kürəsinin axarsu, göl, dəniz və okeanlarını, eləcə də canlılardaki mayelərin əsas hissəsini əmələ gətirir. Bir molekulu kovalent bağlarla qoşulmuş oksigen və iki hidrogen atomlarından ibarətdir. Kütləcə 11,19% hidrogen və 88,81% oksigendən ibarətdir. Su sözü maddənin standart şərtlərdə maye olan halını ifadə edir, lakin qatı yəni buz və qaz, yəni buxar halı üçün də istifadə olunur. Təbiətdə eyni zamanda qar, buzlaq, aysberq, bulud, çən, şeh və atmosfer nəmi şəklində mövcuddur. Təbiətdə suyun 2 növü vardır: adi və ağır su. Ağır suyun tərkibində hidrogenin yerinə izotop deyterium olur. Təbiətdə 1/100 nisbətdə ağır su mövcuddur. Adətən atom reaktorlarında ağır sudan neytron yavaşladıcı kimi istifadə edilir.
Su (tayfa)
Su tayfası — tarixi Azərbaycan ərazisində mövcud olmuş ilkin etno-siyasi birliklərdən biri. E.ə. III minilliyin sonunda çivli yazılarda Urmiya gölünün cənubunda"Su adamların ölkəsi" barədə də danışılır. Su tayfaları e.ə. əvvəl XXI əsrin ikinci yarısında Mesopotomiyada hakimiyyətdə olmuş III Ur sülaləsindən asılı idi. Bunu çivli yazılarda Laqaş canişini Urdunnanın Su xalqının ensisi olaraq təqdim edilməsi faktı da təsdiq edir. Su tayfaları e.ə. 2003-cü ildə Elamlılarla birlikdə III-Ur sülaləsinə qarşı hərbi hücumunda və bunun nəticəsində həmin sulalənin süqutunda da iştirak etmişdilər. Tədqiqatlarda qaynaqlara əsaslanaraq Su tayfa adı Subar, Subir, Subi sözü ilə eyniləşdirilir. Görünür ki, bu sözlər qaynaqlarda Su tayfa adının variantları kimi verilir.